Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Sütəmurdov kənd sakinləri ilə görüş keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Səyyar qəbul-görüş 10 avqust saat 15:00-da Sütəmurdov kənd tam orta məktəbində baş tutacaq.
Qeyd edək ki, daha öncə icra başçısı Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə görüş keçirmişdir.