Narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran sakini saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 yanvar tarixində verir.
Səngəçal qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nəticədə Lənkəran şəhər sakini, 31 yaşlı Fəxrəddin Bağırlının idarə etdiyi “Kia” markalı avtomobildən 6 kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Məlum olub ki, narkotiklər pul qazanmaq məqsədilə İran vətəndaşı vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırılmaq üçün əldə edilib.
Faktla bağlı cinayət işi başlanılıb.