Lənkəran sakini hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bu haqda bu gün, 25 avqust tarixində Cenublu.az APA.az-a istinadən xəbər verir.
Hadisə dəniz kənarında baş verib. 37 yaşlı şəhər sakini Müşfiq Həmdulla oğlu Dadaşov dəniz kənarında gəzərkən hündürlükdən yıxılıb və başı sahilbərkitmədə istifadə olunan betona çırpılıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatrılmasına baxmayaraq, Dadaşovda həyat əlaməti müşahidə olunmayıb.
Müşfiq Dadaşovun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı prokurorluqda araşdırma aparılır.