Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayon sakini saxlanılıb. Bu haqda bu gün, 30 avqust tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Rayon sakini T.Nəsirov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. Saxlanıldıqdan sonra onun üzərinə baxış zamanı ondan 1 kq-dan artıq heroin aşkar olunaraq götürülüb.