Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Mingəçevir şəhər sakini Fərid Namazov və Lənkəran rayon sakini Cəfər Səfərli saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
F.Namazovdan 620 qrama yaxın heroin, 27 qrama yaxın metamfetamin və 5 ədəd blister həbi, C.Səfərlidən isə 305 qrama yaxın heroin və 18 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.