Lənkəran şəhəri, şəhid Vüsal Quliyev (keçmiş 20 yanvar) küçəsinin sakinləri Cenublu.az-a bu gün, 24 avqust tarixində müraciət ediblər.
Belə ki, adıçəkilən küçənin 21-ci məhəlləsinin sakinləri bildiriblər ki, küçəboyu işıq dirəkləri quraşdırılsa da, iki evin qarşısında bu işlər görülməyib. “Axşamlar bizim evin qabağı zülmət qaranlıq olur. Hansı səbəbdən bura dirək quraşdırmayıblar, bilmirik. Xahiş edirik aidiyyəti qurumlar məsələyə nəzər salsınlar”, - deyə onlar öz müraciətlərində bildiriblər.
View this post on Instagram