Lənkəran şəhərində köməkçi tikilidə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, köməkçi tikilinin ümumi sahəsi 80 kv.m olan tavanı 4 kv.m sahədə və içərisində olan transformatorun giriş-çıxış kabelləri 2 p.m yanıb.
Tikilinin və transformatorun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.