Daha öncə Lənkəran şəhər 10 saylı məktəbinin vəziyyəti ilə bağlı məlumat vermişdik.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlərin şəhər 4 saylı məktəbə köçürülməsinə artıq qərar verilib və 10 saylı məktəbin əsaslı təmiri nəzərdə tutulub.
Qeyd edək ki, 800 nəfərlik Lənkəran şəhər 10 saylı məktəbinin binası 40 il öncə tikilib və heç vaxt əsaslı təmir olunmayıb.
[URIS id=52549]