Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin fəaliyyəti Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən yüksək qiymətləndirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.
Cari ilin yanvar ayında havanın kəskin soyuq keçməsinə baxmayaraq, Masallı rayonu ərazisində istehlakçıların təbii qazla stabil təchizatı təmin edildiyinə görə Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin kollektivinə İcra Hakimiyyətinin Təşəkkürnaməsi təqdim edilib.