Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonu ərazisindən qanunsuz qum-çınqıl götürüldüyü aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 fevral tarixində verir.
Araşdırma zamanı qum-çınqıl qarışığının Lənkəran rayon sakini Şəmsəddin Eynullayev tərəfindən ekskavator vasitəsilə qanunsuz qazıntı işləri aparılaraq götürüldüyü müəyyən edilib.
Faktla bağlı Ş.Eynullayev barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.