Lənkəran şəhərinin mərkəzi küçələrinin kəsişməsində yerləşən açıq lük sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 13 avqust tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, Zərifə Əliyeva, 78 ünvanında, 9 və 15-ci binalara və Əli Məmmədov küçəsi, 7-ci binaya gedən yolda yerləşən lük açıq vəziyyətdədir. Ərazidə uşaqlar üçün park olduğundan, bu hal valideynlərdə narahatlıq yaradır.