Lənkəranda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Lənkəran Olimpiya İdman Kompleksinin ərazisində keçirilən aksiya çərçivəsində təmizlik işləri aparılıb, gül kolları əkilib. Burada Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, rayon sektorlarının əməkdaşları və gənclər iştirak ediblər.