T.Zamanov adına Lənkəran rayon Ürgə kənd məktəbinin biologiya müəllimi Yaşar Kazımov vebinarda iştirak edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.
“Yeni nəsil biologiya dərslik komplektinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri” adlı vebinar iyunun 14-də saat 15:00-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.
Seminar Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun moderatorluğu ilə baş tutacaq.