Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Tuado kəndində səyyar görüş-qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Görüş zamanı sakinlər onları narahat edən məsələləri başçıya birbaşa çatdırıblar. İcra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, digər məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
Görüşü sonlandıran icra başçısı söyləyib: “Hər kəs əmin ola bilər ki, qaldırılan bütün məsələlər şəxsi nəzarətimdədir. Qayğı və problemlərin həlli üçün yerli icra hakimiyyəti indiyədək həyata keçirdiyi məqsədyönlü fəaliyyətini bundan sonra da daha effektiv və nəticəyə yönəlik davam etdirəcək”.