Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlaser kəndində keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Qəbul 14 sentyabr saat 15:00-da Şağlaser kənd tam orta məktəbinin akt zalında baş tutacaq.
Qeyd edək ki, Taleh Qaraşov daha öncə Kənarmeşə kəndində səyyar qəbul-görüş keçirib.