Lənkəranda güclü külək bir sıra fəsadlar törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində XezerXeber-ə istinadən verir.
Belə ki, güclü külək nəticəsində köhnə Ələt-Astara magistralında, “Ləvəngi” dairəsinin yaxınlığında irigövdəli ağac avtomobilin üzərinə aşıb.
Daha bir irigövdəli ağac Koroğlu küçəsində yaşayış evinin dam örtüyünə ciddi ziyan vurub. Fəsadların aradan qaldırılması üçün ərazidə elektrik enerjisinin verilişi dayandırılıb. Fəsadlar aradan qaldırıldıqdan sonra elektrik enerjisi ilə təhcizat bərpa olunub.