Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı işdən azad edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində APA-ya istinadən verir.
Onun işdən çıxma səbəbi əmək müqaviləsi müddətinin başa çatmasıdır.
Direktor səlahiyyətlərinin icrası teatrın Baş rejissoru Anar Babalıya həvalə edilib.