Lənkəranda “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Layihə çərçivəsində 11-12 iyun tarixlərində məktəblilər Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşasını izləyəcək.
Məqsəd uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə maraqlarını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.