Lənkəran Dövlət Dram Teatrı ilə AYB Lənkəran Bölməsinin birgə layihəsi əsasında tərəflər arasında növbəti görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində verir.
Görüşün əsas mövzuları teatrla yerli yazarların əlaqəsinin gücləndirilməsi və bunun üçün qarşıda duran vəzifələr olub.
Müzakirənin nəticəsində yerli yazarlardan Qafar Cəfərlinin və Şəfahət Şəfinin uşaqlar üçün yazdıqları pyeslərin yeni mövsümdən və növbəti ildən tamaşaya qoyulması üçün ilkin razılıq verilib.
Tərəflər növbəti illərdə digər yerli müəlliflərin təqdim etdikləri əsərləri müzakirə etmək qərarına gəliblər.