Lənkəranda “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 avqust tarixində Report.az-a istinadən verir.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən vətəndaş qəbulunda Lənkəran, Astara, Lerik şəhərlərinin sakinləri iştirak ediblər. Onların qaldırdıqları bəzi məsələlər yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.