Lənkəranda şadlıq sarayı tərəfindən elektrik enerjisinin talanması halı aşkar edilib. Bu haqda bu gün, 17 avqust tarixində Cenublu.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Elektrik enerjisindən qanunsuz istifadə faktı Separadi kəndində müşahidə edilib. Obyektin sayğacına keçirilən baxış zamanı bəlli olub ki, restorana elektrik sayğacından kənar xətt daxil olur.