top
Lənkəran-Astara Təhsil İdarəsi Tütəpeştə kənd məktəbində yaşanan hadisə ilə bağlı açıqlama verib
31 avqust 2022, 00:35
- +

Lənkəran-Astara Təhsil İdarəsi Tütəpeştə kənd məktəbində yaşanan hadisə ilə bağlı açıqlama verib

Daha öncə xəbər verdiyimiz kimi, Ə.Nəsirov adına Lənkəran rayonu Tütəpeştə kənd ümumi orta məktəbinə ünvanlanmış vətəndaş müraciətinə məktəbin gözətçisi tərəfindən cavab məktubu göndərilmişdir. Məsələ ilə bağlı bu gün, 31 avqust tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsi açıqlama verib.

Belə ki, açıqlamada bildirilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 131-ci maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən, təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir. Pedaqoji heyətə aid edilən məktəb rəhbərləri məzuniyyətdə olduğu müddət ərzində məktəbə rəhbərlik və nəzarət işi subordinasiya qaydalarına, həmçinin vəzifə üzrə məsuliyyət dərəcəsinə görə, məktəbin təsərrüfat işləri üzrə direktor müavininə, məktəbin təsərrüfat müdirinə və ya məktəbin gözətçisinə həvalə edilə bilər. Lənkəran rayonu Tütəpeştə kənd ümumi orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri nəzərdə tutulmadığı üçün vəzifə üzrə məsuliyyət dərəcəsinə uyğun olaraq, məktəbə rəhbərlik və nəzarət işi məktəbin gözətçisinə həvalə edilmişdir. Sosial şəbəkədə yerləşdirilmiş cavab məktubunun mətnindən aydın olur ki, gözətçi vətəndaşa öz səlahiyyətləri xaricində olan hər hansı mühüm məlumat verməmiş, məktəbin direktorunun hazırda məzuniyyətdə olması  barədə ümumi məlumatı qeyd etmişdir”.

Qeyd edək ki, kənd məktəbinin direktoru Rövşən Əliyev carı ilin mart ayında bu vəzifəyə təyinat alıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 11:30

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:00

Mollakənd sakinləri köhnə elektrik xətlərindən narazıdır

İdman
Bu gün, 10:34

Lənkəranlı güləşçi dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 09:50

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 09:17

Özlərini "Azərişıq"ın işçiləri təqdim edərək qız qaçırdanlarla bağlı qərar

Bütün xəbərlər
Dünən, 18:01

Avqustun ilk yarısında 11 504 uşağa 15 893 peyvənd tətbiq olunub

Faydalı
Dünən, 17:00

Məktəbli forması ilə bağlı valideynlərə MÜRACİƏT

İdman
Dünən, 16:00

Cəlilabadlı boksçu Avropa çempionatının finalına vəsiqə qazanıb

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 15:00

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 14:30

Sabah 40 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:00

İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanov dəfn edilib

İdman
Dünən, 13:30

Toral Bayramovun klubu Türkiyə 1-ci Liqasında azarkeş rekorduna imza atıb

Kriminal
Dünən, 13:00

Ötən gün 4,2 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:30

Lənkəranda sürücü sükan arxasında ölüb

Kriminal
Dünən, 12:00

Azyaşlı qızla cinsi münasibətə görə 20 yaşlı oğlana ağır cəza

Kriminal
Dünən, 11:30

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıld

Bütün xəbərlər
Dünən, 11:00

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

İqtisadiyyat
Dünən, 10:20

Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər

İqtisadiyyat
Dünən, 09:40

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Bütün xəbərlər
Dünən, 09:00

Sentyabr döyüşlırinin yəganə lənkəranlı şəhidi

Bütün xəbərlər
20 avqust 2026, 18:00

Saatlı Peşə Liseyində YENİ TƏYİNAT

Bütün xəbərlər
20 avqust 2026, 17:30

Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər

Oxşar xəbərlər