Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayına görə Lənkəran-Astara regionu ilk üçlükdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 mart tarixində Olke.az-a istinadən verir.
Belə ki, Ədliyyə Nazirliyinə istinad edilən məlumata görə, ən çox qohum nikahları Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
Qeyd edək ki, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub. Bu nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.