Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 yanvar tarixində verir.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Muxtarlı Dadaş Muxtar oğlu Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Dadaş Muxtarlı Lənkaran Dövlət Universitetinin İnzibati idarəetmə fakültəsində təhsil alıb. O, bu təyinata qədər Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin məsləhətçisi olub.