Masallıda gənclərin sahibkarlığa olan maraqlarını artırmaq məqsədilə tədbir təşkil olunub. Bu haqda bu gün, 31 avqust tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi” mövzusunda keçirilən təlim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutub. Görüşdə 15 gənc sahibkarlıq subyekti iştirak edib. Onlara dövlət qurumlarının nümayəndələri tərəfindən məsləhət xidmətləri göstərilib.
Tədbirin keçirilməsində əsas məqsəd gənc sahibkarları dövlətin dəstək mexanizmləri və sahibkarlara dəstək göstərən xidmətlər barədə məlumatlandırmaq olub.