Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Cəlilabadda vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 fevral tarixində verir.
Qəbul 9 fevral tarixində saat 10:00-da Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq. Görüşdə vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
İştirak etmək üçün (050) 315 14 36 telefon nömrəsi ilə və ya “Çağrı mərkəzi” ilə (1652) əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır.
Qəbul zamanı vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədlərini özləri ilə gətirməlidirlər.