Lerikdən olan məşhur müğənni Jony Parisdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində verir.
Sənətkar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Azərbaycanın Müstəqillik Günü şərəfinə keçirilən bayramı Azərbaycanın Parisdəki səfirliyində həmvətənlərimlə bölüşməkdən çox məmnun oldum”, – deyə paylaşımda qeyd olunub.