İyunun 9-na olan hava proqnozu açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.