İmişli rayonunda canavarlar kəndə hücum edib.
Report.аz xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində baş verib.
Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıb.
Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfə baş verir.