Lənkərandan olan Azərbaycan Respublikasının mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov itkin düşüb. Bu barədə Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində məlumat verib.
23 sentyabr tarixində O.Nadirov Moskvadan Türkiyəyə uçmaq üçün hava limanına yollanıb. Sonra isə ondan heç bir xəbər alınmayıb.
Qeyd edək ki, Orxan əvvəllər iki dəfə dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.