Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsində olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.
Belə ki, Lənkərana səfəri çərçivəsində dövlət başçımız müəssisənin fəaliyyəti ilə tanış olub. Daha sonra o, Lənkəran şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.