Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksin açılışını edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.
Belə ki, Lənkərana səfəri çərçivəsində dövlət başçımız penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, Prezidentin daha sonra Fikrət Məmmədov küçəsində yerləşən “Laran” marmelad fabrikinə gedəcəyi gözlənilir.