top
İki ananın ölümündə ittiham olunan sabiq həkim azadlığa buraxılıb
10 yanvar 2024, 07:15
- ↺ +

İki ananın ölümündə ittiham olunan sabiq həkim azadlığa buraxılıb

Ali Məhkəmədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin müdiri olmuş Nigar Qəhrəmanovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Pravda.az-a istinadən verir.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib.

Belə ki, Nigar Qəhrəmanovanın 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməsi Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, himayəsindəki 2017-ci il təvəllüdlü azyaşlı uşağın 14 yaşına çatmasınadək, yəni 2031-ci ilə kimi təxirə salınıb. Qadının üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulub. Nigar Qəhrəmanovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Nigar Qəhrəmanova qeysəriyyə əməliyyatı ilə əkiz uşaqlar dünyaya gətirən 37 yaşlı Xəyalə Əhmədovanın və Cəlilabad rayonunun Muğan kənd sakini, 19 yaşlı Fatimə Həziyevanın ölümlərində günahkar bilinir. Ekspertiza hər iki ölümdə həkim səhvi olması haqda rəy verib. Həmçinin o, hər iki ananın ailə üzvlərindən rüşvət almaqda da ittiham olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Dünən, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Dünən, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Dünən, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Dünən, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Dünən, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
28 sentyabr 2026, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
28 sentyabr 2026, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
28 sentyabr 2026, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
28 sentyabr 2026, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
28 sentyabr 2026, 15:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər