Bu gün Vətən müharibəsi şəhidi Fərid Nağıyevin dünyaya göz açdığı gündür.
Fərid Nağıyev 1999-cu il avqustun 8-də Sabirabad rayonunun Zəngənə kəndində anadan olub.
O, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başladığı Vətən müharibəsində iştirak edib və döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sabirabad rayonunda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.