Bu gün İmişlidən olan şəhid Seymur Əzizalıyevin dünyaya göz açdığı gündür.
Seymur Teyyub oğlu Əzizalıyev 2004-cü il iyulun 27-də İmişli rayonunda anadan olub.
O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 20-də həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.