Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında, Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
FHN-in yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində, əsasən, əl əməyindən istifadə edərək yanğını söndürüb. Ətraf ərazilər yanğından mühafizə olunub.