Lənkəranda "Gənclər Paytaxtı"nın açılış mərasimi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Xəbər verdiyimiz kimi, Lənkəran şəhəri Türk Dünyasının 2024-cü il üzrə "Gənclər Paytaxtı" seçilib. Mərasim iyunun 10-da Heydər Əliyev Xatirə Parkında baş tutacaq.
Həmçinin burada Gənclər Platformasının II Baş Assambleyası, III Gənc Sahibkarlar Forumu və VI Gənc Liderlər Forumu təşkil olunacaq.
Tədbirlərdə Türk Dövlətləri Təşkilatı (TDT), müşahidəçi ölkələrin 50-dən çox rəsmi nümayəndələri və gəncləri iştirak edəcəklər.