Modern.аz xəbər verir ki, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan, 500 baş və daha çox xırdabuynuzlu heyvana sahib təsərrüfatlarda qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya ödəniləcək.
Subsidiyanın verilməsində əsas şərt təsərrüfatların istifadəsinə verilmiş örüş və otlaq sahələrində münbitliyin və biomüxtəlifliyin artırılmasının təmin olunmasıdır.
Məlumata görə, subsidiyaya müraciət edən təsərrüfatların istifadəsində olan örüş və otlaqların vəziyyəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Torpaqdan istifadə altsistemi, həmçinin süni intellekt həllərindən istifadə edilməklə monitorinq olunacaq.
Monitorinqin nəticələri əsasında təsərrüfatların subsidiya almaq üçün müəyyən edilmiş tələblərə uyğunluğu qiymətləndiriləcək.