Lənkəran rayonunda zibil qutularının yığışdırılması sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində verir.
Söhbət Həzi Aslanov küçəsindən gedir. Burada zibil qutularının olmaması səbəbindən məişət tullantıları yolun kənarına atılır. Nəticədə ətrafda antisanitariya vəziyyəti yaranır.
Vətəndaşlar bu məsələnin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini xahiş edirlər.