top
Güclü qar Lənkəranda feyxoa ağaclarına ziyan vurub
26 yanvar 2024, 02:46
- ↺ +

Güclü qar Lənkəranda feyxoa ağaclarına ziyan vurub

Lənkərana yağan güclü qar rayonun sitrus bağlarına, əsasən də feyxoa ağaclarına ciddi ziyan vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində Apa TV-yə istinadən verir.

Hektarlarla sitrus və subtropik meyvə bağlarında qollu-budaqlı feyxoa ağaclarının əksəriyyəti məhv olub. Fermerlər qarşıdan gələn mövsümdə az məhsul əldə edəcəklərini deyirlər. Onlar bildirirlər ki, məhsuldarlıq 10 dəfəyə kimi aşağı düşə bilər. Bu da həm də qiymət artımına səbəb ola bilər.

Fermerlər deyir ki, feyxoa ağacları kövrək olduğundan güclü qarın ağırlığına tab gətirməyib. Ağacların əvvəlki vəziyyətinə qayıtması üçün isə illərlə vaxt və zəhmət çəkmək lazım gələcək.

Mövcud vəziyyət kənd təsərrüfatı bitkilərinin sığortalanması məsələsini bir daha gündəmə gətirir. Təsərrüfat sahibləri xahiş edirlər ki, feyxoa bitkisi də digər sitrus meyvələri kimi, sığorta paketinə salınsın.

Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirildi ki, müxtəlif məhsulların aqrar sığorta predmeti siyahısına daxil edilməsi ilə bağlı araşdırmalar aparılır. Bununla bağlı yaxın gələcəkdə qərarlar qəbul olunacaq. Feyxoa bağlarının ölkədə həcmi və iqtisadi rolu artdıqca onlar da gələcəkdə sığorta məhsulları siyahısına daxil ediləcək.

Qeyd edək ki, hazırda Astara və Lənkəranda ümumilikdə 1340 ha feyxoa bağları var.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Dünən, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Dünən, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Dünən, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Dünən, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Dünən, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
28 sentyabr 2026, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
28 sentyabr 2026, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
28 sentyabr 2026, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
28 sentyabr 2026, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
28 sentyabr 2026, 15:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər