top
Google Mapslə sərhədi keçdilər, həbs olundular
06 mart 2026, 16:00
- +

"Google Maps"lə sərhədi keçdilər, həbs olundular

İrandan Azərbaycan ərazisinə qanunsuz daxil olan Əfqanıstan vətəndaşları həbs edilib.

Lent.аz xəbər verir ki, Əfqanıstan İslam Respublikasının iki vətəndaşı Astara rayonu ərazisində dövlət sərhədini pozduqlarına görə saxlanılıblar.

İttihama görə, 28 yaşlı əfqan gənclər işləmək məqsədilə əvvəlcə İranın paytaxtı Tehrana gediblər. Bir müddət orada çalışdıqdan sonra Türkiyəyə keçmək qərarına gəliblər. Bu zaman onlara kömək edən yerli şəxs Türkiyəyə deyil, Azərbaycana keçməyin "yolunu bildiyini" deyərək hər birindən 500 dollar alıb.

Onun göstərişi ilə gənclər İran–Azərbaycan sərhədinə gəlib və gecə saatlarında mobil telefonlarındakı "Google Maps" proqramından istifadə edərək Astara rayonu istiqamətində sərhədi keçiblər. Lakin qısa müddət sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıblar.

Məhkəmədə hər iki əcnəbi əməllərindən peşman olduqlarını bildirərək yüngül cəza verilməsini xahiş edib. Onlardan biri isə Əfqanıstanda təqib olunduğunu və geri qayıdacağı təqdirdə öldürülə biləcəyini deyib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür

Bütün xəbərlər
Dünən, 17:50

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Kriminal
Dünən, 17:10

Ağzına telefonla vuran keçmiş arvadını polisə verdi

Bütün xəbərlər
Dünən, 16:30

Bəzi rayonlarda leysan olacaq, temperatur 4-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:50

Şəhid Emil Qurbanovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 15:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:30

Universitetlər məzunlara diplomları pulla verir? - Rəsmi cavab

Kriminal
Dünən, 13:50

Yardımlıda dəhşət: Kişi soyuq çaya görə sevgilisini qızdırılmış şişlə dağladı

İqtisadiyyat
Dünən, 13:10

Azərbaycana gələn turistlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 12:30

Polis bir gündə axtarışda olan 120 şəxsi saxladı

Bütün xəbərlər
Dünən, 11:50

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:10

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına YENİ DİREKTOR

Bütün xəbərlər
Dünən, 10:30

Bu gün rezidenturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün xəbərlər
Dünən, 10:00

Tanınmış pedaqoq Söhbət Ağayev dünyasını dəyişib

Bütün xəbərlər
Dünən, 09:23

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Kriminal
24 avqust 2026, 17:30

Həftəsonu 60 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Faydalı
24 avqust 2026, 16:58

Hökumət üzvlərinin sentyabrda keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ

Bütün xəbərlər
24 avqust 2026, 16:30

Çimərlik mövsümü başlayandan bu günə kimi 53 nəfərin meyiti çıxarılıb - RƏSMİ

Bütün xəbərlər
24 avqust 2026, 15:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
24 avqust 2026, 15:10

Ötən həftə 682 yanğın baş verib

Bütün xəbərlər
24 avqust 2026, 14:30

Sabirabadda müəllim vəfat etdi

Kriminal
24 avqust 2026, 13:53

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Bütün xəbərlər
24 avqust 2026, 13:20

Oqtay Əmənullayevə yeni vəzifə

Bütün xəbərlər
24 avqust 2026, 12:50

İmişlidə toy yasa döndü - 25 yaşlı oğlan öldü

Oxşar xəbərlər