Gənclər və idman naziri Fərid Qayıbov Astarada səyyar qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.
Nazir əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Astara Olimpiya İdman Kompleksində keçirilən qəbulda Lerik və Astara rayon sakinləri iştirak ediblər. Vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.