Lənkəranda bədii filmlərin nümayişi baş tutacaq. Bu haqda bu gün, 12 avqust tarixində Cenublu.az Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə nümayiş olunacaq filmlər:
13 avqust, saat 18:30 - "Dəcəl uşaqlar" b/f;
18 avqust, saat 17:30 - "Bal ölkəsi" b/f.
Qeyd edək ki, tədbir Lənkəran şəhər Mədəniyyət Mərkəzində baş tutacaq. Giriş ödənişsizdir.