Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə kurs təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində verir.
“2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən keçirilən tədbirə FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da cəlb olunublar.
Kursda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar təqdim olunub.
Sonda kursu müvəffəqiyyətlə bitirən iştirakçılara şəhadətnamələr təqdim olunub.