Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi təlim keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
“Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” adlı təlimə Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin heyəti cəlb olunub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri təxliyə edib, onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”. Sonda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.