Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissədə nəzəri-praktiki təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.
Təlimin nəzəri hissəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə geniş məlumat verilib.
Təlimin praktiki hissəsində şərti yanğın hadisəsi zamanı hündürmərtəbəli binadan “zərərçəkmişlər xilas olunublar, onlara təxirəsalınmaz ilkin yardım göstərilib”.
Tədbirə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti cəlb olunub.
Tədbir Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən təşkil olunub.
Sonda müvafiq tapşırıqlar verilib.