Lənkəran şəhər 10 nömrəli tam orta məktəbində qarın fəsadları aradan qaldırılmayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Məktəb binasının vəziyyətinin yararsız halda olması barədə hələ sentyabr ayında məlumat vermişdik. Qarın yağması ilə isə məktəbdə tədris, demək olar ki, tamamən dayandırılıb. Damda əriyən qar sinif otaqlarına sızıb. Binada istilik sistemi olmadığından şagirdlər məktəbi buraxmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, 45 ildən çoxdur istifadəyə verilən Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin binası heç vaxt əsaslı təmir olunmayıb.
[caption id="attachment_52333" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]
