Energetika naziri Pərviz Şahbazov Astara rayonunda vətəndaşları dinləyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində Azərtac-a istinadən verir.
Qəbul Heydər Əliyev Mərkəzində baş tutub. Burada Astara, Lənkəran və Lerik rayonlarından olan 26 vətəndaş iştirak edib.
Görüşdə vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma, elektrik enerjisi verilişinin keyfiyyəti, qaz təchizatı, qaz xətlərinin yenilənməsi, borc və cərimə, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.