Dünyasını dəyişən Azərbaycan Respublikasının Əməkdar artisti Niftulla Əsgərov dəfn olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 yanvar tarixində verir.
Aktyorla vida mərasimi Lənkəran Dram Teatrında keçirilib. Mərasimdə Əməkdar artistin ailəsi, yaxınları və sənət dostları iştirak ediblər. Sonra cənazə Lənkəranın Girdəni kənd qəbiristanlığına aparılaraq dəfn olunub.
Qeyd edək ki, aktyor uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.