Masallı Xalq Teatrının tərtibatçı rəssamı Elsevər Əliyevin 50 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 yanvar tarixində verir.
Görüş Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun iştirakı ilə həyata keçirilib.
Sonda Elsevər Əliyev mədəniyyət sahəsindəki xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.